|
ABŞ Rusiyaya sanksiya təzyiqini davam etdirəcək

ABŞ müttəfiqləri ilə Rusiyaya sanksiyalar ilə təzyiq göstərmək üzrə işləyəcəklər.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ maliyyə nazirliyinin yaydığı bəyanatda bildirilir.

Bəyanatda deyilir: "Biz sanksiyaların tətbiqi məsələsində müttəfiqlərimizlə və tərəfdaşlarımızla işləyəcəyik".

Qeyd edək ki, ABŞ 2018-ci ilin yanvarından fiziki və hüquqi şəxslərə bir neçə enerji layihələrində Rusiya şirkətləri ilə iş aparmağa qadağa qoyub.