|
Bu öpüşə 100 min "like" gəldi

Aktrisa Özge Gürel İnstaqram səhifəsində aktyor sevgilisi Serkan Çayoğlu ilə çəkilmiş fotosunu paylaşıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Özgenin Serkanı öpdüyü yerdə çəkilmiş şəklinə 2 saatda 100 min “like” gəlib.

İzləyicilər görüntüyə “Çox şirinsiz, nə zaman evlənirsiniz” kimi şərhlər yazıblar. 

Qeyd edək ki, cütlük "Kiraz Mevsimi" serialında tanış olublar.