Türkiyəli məşhur ateist yazıçının oğlu millət vəkili olmaq istəyir.
ANS PRESS-in məlumatına görə, Azərbaycanda da kifayət qədər oxucu kütləsi olan Əzin Nesinin Antalyada yaşayan oğlu Əhməd Nesin Xalqların Demokratik Partiyasından (HDP) millət vəkilliyinə namizədliyini irəli sürüb.
İyun ayında keçiriləcək seçkidə HDP-nin yaxşı şəkildə məclisdə yer almasını vurğulayan Nesin, rəsmi namizədlik müraciətini partiyada prosesin başlayacağı bazar ertəsi günü təqdim edəcəyini bildirib.
Bundan başqa, o, Antalyada bələdiyyə seçkisində HDP-nin və prezident seçkisində partiyanın lideri Səlahəddin Demirtaşın aldığı səslərə əsasən partiyanın 2 deputatı çıxaracaq gücə sahib olduğunu dilə gətirib: "Antalyada 2-ci millət vəkilini alacağımızı düşünürəm".
