|
Elman Rüstəmov: "Ziraat Bank" yeni modelə keçiddə mühüm rol oynayacaq

"Ziraat Bank" Azərbaycan iqtisadiyyatının yeni modelə keçidində mühüm rol oynayacaq.

Trend-in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bu gün Bakıda Türkiyənin "Ziraat Bank"ının yeni baş ofisinin açılış mərasimində deyib.

E.Rüstəmov qeyd edib ki, Azərbaycan-Türkiyə münasibətləri ən yüksək səviyyədədir.