|
Putin Belarusla qoşunların birgə təminatı ilə bağlı sazişi ratifikasiya edib

Rusiya prezidenti Vladimir Putin Belarusla dövlət qoşunlarının birgə texniki təminatı haqqında sazişin ratifikasiya olunması ilə bağlı federal qanun imzalayıb. Bu barəd Trend rus KİV-lərinə istinadən xəbər verir.

"Rusiya Federasiyası və Belarus Respublikası hökumətləri arasında qoşunların regional qruplaşmasının birgə texniki təminatı haqqında saziş ratifikasiya olunsun", deyə qanunda bildirilir.