|
44 yaşlı kişi sirkə turşusundan zəhərləndi

Goranboyda zəhərlənmə olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Xan Qərvənd kənd sakini, 1973-cü il təvəllüdlü Vüqar Quıiyev sirkə turşusu zəhərlənməsi əlaməti ilə xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir. V.Quliyevin hansı şəraitdə zəhərləndiyi hələ ki, məlum deyil.

Faktla bağlı araşdırma aparılır.