|
Filarmoniyada növbəti tədbir baletmeystr Cəmilə Bayramovaya həsr ediləcək

Noyabrın 4-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında baletmeyster, Xalq Artisti Cəmilə Bayramovanın 60 illik yubileyi çərçivəsində konsert proqramı təşkil ediləcək.

Filarmoniyadan AZƏRTAC-a bildirilib ki, tədbir çərçivəsində baletmeysterin sənət fəaliyyətindən, milli rəqslərimizin inkişafındakı xidmətlərindən danışılacaq.

Gecədə Dövlət Mahnı və Rəqs Ansamblının iştirakı ilə müxtəlif rəqs nömrələri, eyni zamanda ifalar təqdim olunacaq.

Qeyd edək ki, tədbir M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının təşkilatçılığı ilə gerçəkləşəcək