|
Sılanın bu fotosuna 90 min "like" gəldi
Aktyor Ahmet Kuralla sevgili olan müğənni Sılanın sosial şəbəkədə yeni fotosu yayılıb.
İfaçının şəkli konsertindən çıxdıqdan sonra avtomobildə yatan yerdə çəkilib. 

Fotonu Sılanın rəfiqəsi lentə alıb. İnstaqramda yerləşdirilən şəklə qısa zaman ərzində 90 min bəyənmə gəlib. 

Xatırladaq ki, Ahmetlə sevgili olan Sılanın hamilə olduğu bildirilir. Aktyor ata olacağı xəbərini sevinclə qarşılasa da, bəd-nəzərdən qorxan Sıla susmağa üstünlük verir.