|
"American Airlines"a məxsus sərnişin təyyarəsi Kanadada təcili eniş edib

"American Airlines" aviaşirkətinə məxsus sənişin təyyarəsi Kanadanın Stivenvil şəhərində təcili eniş edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, təyyarənin təcili enişinə pilotların kabinəsində şüşənin çatlaması səbəb olub.

Məlumata əsasən, təyyarənin göyərtəsində 287 sərnişin olub, onlardan heç biri xəsarət almayıb.