|
Dominikan Respublikasında 4,8 bal gücündə zəlzələ olub

Dominikan Respublikasında 4,8 bal gücündə zəlzələ baş verib.

Trend-in Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Santo-Dominqo şəhərindən 53 kilometr qərbdə, ocağı isə 18 kilometr dərinlikdə yerləşib.

Zəlzələ nəticəsində xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib