|
Meksikada naməlum şəxslər stadionda futbolçulara atəş açıblar: 2 ölü, 1 yaralı

Meksikanın Herrero ştatında naməlum şəxslər stadionda futbolçulara atəş açıblar.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 3 nəfər yaralanıb. Onlardan 2-si həlak olub, 1-nin vəziyyəti isə çox ağır qiymətləndirilir.

Məlumata əsasən, atəş açan şəxslərin axtarışları aparılır.