|
Kamran Ağayev 90 dəqiqə oynadı

Çexiya çempionatında 12-ci turun oyunları keçirilib.

Qol.az-ın məlumatına görə, millimizin qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu "Mlada Boleslav" öz meydanında “Jihlava” ilə qarşılaşıb. Futbolçumuzun komandası 2:1 hesablı qələbə qazanıb. 

Oyuna start heyətində başlayan K. Ağayev 90 dəqiqə meydanda olub.

Qeyd edək ki,  12 turdan sonra “Mlada Boleslav” 14 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb