Müğənni Bengü 5 ildir sevgili olduğu iş adamı Selim Selimoğlu ilə ailə qurmağa hazırlaşır.
Cütlük artıq toy hazırlığına başlayıb.
Onlar ilk olaraq 8 milyon lirəyə villa alıb və onu öz istəklərinə uyğun təmir ediblər.
Evlilik yolunda addımlayan Bengü bu haqda "Çox gözlədim səni, sevgilim. Tənhalığın dibinə düşdüm, sevgiyə küsdüyüm anlar oldu. Çox sev, sevgilim, ölənə qədər" deyib.
Qeyd edək ki, son müsahibəsində Bengü toyunun yayda olacağını demişdi.
