Aktrisa Bleyk Lavli məşhur dərgilərdən birinə müsahibə verib.
Aktrisa sonuncu çəkildiyi “All i see is you” filmində başına gələn hadisələrdən danışıb.
Ekran işində kor qadın rolunu canlandıran Bleyk bunun çox çətin olduğunu bildirib:
“İlk dəfə idi belə bir hiss yaşayırdım. Bir orqan olmayanda məcbur olub o birilərini daha çox işlədirsən. Filmdə mahı oxumağım, çılpaq çəkilməyə icazə verməyim də ilk dəfə idi”.
Qeyd edək ki, aktrisa Bleyk Lavli aktyor Rayan Reynoldsla ailəlidir.
