|
Hadi Rəcəbli 2-ci dərəcəli “Vətənə xidmətə görə”, Musa Qasımlı isə “Şöhrət” ordeni ilə təltif etdi

 Prezident İlham Əliyev deputat  Hadi Rəcəblinin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Cia.az-ın məlumatına görə, H. Rəcəbli Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.

 

Prezidentin digər sərəncamı ilə deputat  Musa Qasımlı “Şöhrət” ordeni ilə təltif olunub.

 

Musa Qasımlı Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə bu ordenlə təltif edilib. 

Cia.az