|
Leyla Əliyeva anasının mətbəx bacarığı ilə bağlı yazdı

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva İnstaqram səhifəsində ölkənin birinci xanımı Mehriban Əliyevanın hazırladığı yeməyin fotolarını paylaşıb. cia.az xəbər verir ki, Leyla Əliyeva bu dəfə anasının balıq buğlaması bişirdiyini yazıb:

“Anamın bişirdiyi balıq buğlaması.. Anam nə bişirsə, dadından doymaq olmur, çünki hər xörəyə böyük qəlbinin hərarətini qatır. Hamıya uğurlu gün arzu edirəm! Çox sağ olun!”