|
Mərkəzi Bank depozit hərracı keçirəcək

Oktyabrın 30-da Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.

 

Mərkəzi Bankdan cia.az-a verilən məlumata görə, hibrid hərracda 200 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gündür.

 

"Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 10,01-14,99 faiz təşkil edəcək.