|
Gəncə sakini özünü güllələyib

Gəncə sakini Goranboyda güllə yarası alıb.

Cia.az-ın APA-ya istinadən verdiyi məlumata görə, rayonun Xoylu və Qaradağlı kəndlərində ova çıxan Gəncə sakini, 1988-ci il təvəllüdlü Məmmədov Vüqar Vəliyəddin oğlu odlu silahla ehtiyatsız davranaraq, ayağına atəş açıb. Xəsarət alan gənc xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.