|
"Moody's" 2017-2018-ci illərdə Azərbaycanda ÜDM-in adambaşına düşəcək həcmini açıqlayıb

2017-2018-ci illərdə Azərbaycanda adambaşına düşəcək ÜDM-in həcmi 4 min dollardan çox təşkil edəcək.

Trend-in məllumatına görə, bunu "Moody's Investors Service" bank qrupunun direktoru Yaroslav Sovqira bildirib.

Təşkilatın qiymətləndirməsinə görə, analoji dövrdə Rusiyada ÜDM-in həcmi 10 min dollardan artıq, Qazaxıstanda - 8 min dollardan artıq, Belarusda - 6 min dollardan artıq təşkil edəcək, Ukraynada isə 2 min dollardan biraz artıq olacaq.