|
Venesuelada sərnişin avtobusu qəzaya uğrayıb:

Venesuelanın Quariko ştatında sərnişin avtobusu qəzaya uğrayıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, qəza nəticəsində azı 9 nəfər həlak olub, 28 nəfər isə yaralanıb.

Məlumata əsasən, hadisə yerində yanğınsöndürənlər və xilasedicilər işləyir. Qəzanın səbəbi açıqlanmır.