|
Da Vinçinin itmiş əsəri tapıldı

İsveçrənin cənubunda, İtaliya ilə sərhəddə yerləşən Luqano qəsəbəsində bankın kassasında Leonardo da Vinçiyə aid olduğu iddia edilən rəsm əsəri tapılıb

 

 
Axşam.az Türkiyə mediasına istinadən xəbər verir ki, əsərin İtaliyadan İsveçrəyə gizli yollarla aparıldığından şübhələnirlər. Prokurorluğun açıqlamasına görə, İsveçrədə yaşayan italiyalı ailə tablonu 135 milyon dollara satmaq istəyirmiş. 
 
Tabloda renessans dövrünün zadəganlarından olan İzabella d`Este qızıldan tac ilə təsvir olunub. Sənətşünasların bir qismi bu əsərin də Vinçiyə aid olduğunu bildirsələr, digərləri bunun üçün yetərli sübut olmadığını deyirlər. 
 
2013-cü ildə bir vəkil bu rəsm əsərini 107 milyon dollara satmaq istəmiş, ancaq lisenziyası olmadığına görə bunu edə bilməyibmiş. Əsər o vaxtdan bəri axtarışda idi. 
 
Rəsm əsəri İtaliyaya veriləcək və müəllifi araşdırılacaq.