Baş rollarda Tolqahan Sayışman və Hande Erçelin oynadığı "Siyah İnci" serialının çəkilişləri zamanı gərgin anlar yaşanıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çeşmədə başlayan ekran işinin çəkilişləri İstanbulda Nişantaşıda davam etdirilib.
Nişantaşı sakinləri Tolqahan və Handeni gördükdə çəkilişlərə mane olublar. Aktyorlara yaxınlaşmağa çalışan insanları mühafizəçilər güclə saxlayıblar.
Çəkilişlərin mümkün olmayacağını görən Sayışman və Erçel ərazidən ayrılmaq məcburiyyətində qalıblar.


