|
Gəncədəki atışmada yaralanan şəxsi İnterpol axtarırmış

Dünən Gəncədə çay evində baş verən silahlı insident zamanı ağır xəsarət alan şəxsin İnterpol tərəfindən axtarışda olduğu məlum olub. 1986-cı ildə Tacikistanda anadan olan Edqar Nəsirov Rusiya məhkəmə orqanları tərəfindən yol hərəkəti təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqda təqsirləndirilib. R.Nəsirov istintaqdan yayınaraq Azərbaycana gəldiyi üçün Rusiya məhkəməsi onun haqqında həbs qətimkan tədbiri seçib və barəsində axtarış elan edib.

Qeyd edək ki, E.Nəsirovun vəziyyəti ağırdır.

Cia.az