|
Bu vaxtadək qadın sahibkarlara verilən güzəştli kreditlərin həcmi açıqlandı

Ötən 9 ay ərzində Azərbaycanda qadın sahibkarlara 5,4 milyon manat güzəştli kredit verilib.

Trend-in məlumatına görə, bunu Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov qadın sahibkarlığa həsr olunmuş tədbirdə deyib.

Nazir müavini bildirib ki, bu kreditlər 164 qadın sahibkara təqdim edilib:

"Bu günə qədər təqribən 4 min qadın sahibkara 90,4 milyon manat dəyərində güzəştli kredit verilib".