|
Avtomobil çalaya düşdü: bir yaralı

Samuxda sürücünün xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Rayonun Hacıalılar kənd sakini, 1999-cu il təvəllüdlü Babayev Sahil Əmrah oğlu idarə etdiyi avtomobil idarəetmədən çıxıb və təmir aparılan yolda yaranmış çalaya düşüb. Nəticədə sürücü xəsarət alaraq, xəstəxanaya yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır