|
Abşeronda asayiş keşikçiləri ilə şübhəli şəxslər arasında atışma:

Abşeron rayonunun Xırdalan şəhərində atışma baş verib.

"Report" xəbər verir ki, Quşçuluq massivində iki nəfər şübhəli şəxs saxlanılan zaman hüquq-mühafizə orqanları əməkdaşlarına silahlı müqavimət göstərib. Nəticədə onların hər ikisi zərərsizləşdirilib. Onların üzərinə baxış zamanı silah-sursat aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Öldürülən şəxslərin 2 gün əvvəl həbsdən qaçan Etibar Məmmədov və Əli Ağami olduğu ehtimal edilir.