|
Pavel ehtiyatda qaldı, komandası mübarizəni dayandırdı

Milimizin futbolçusu Pavel Paşayevin şərəfini qoruduğu “Aleksandriya" Ukrayna kubokunda növbəti oyuna çıxıb.

Komanda 1/8 finalda "Dinamo"nu (Kiyev) qəbul edib. Matçın əsas vaxtı  1:1 hesabı ilə başa çatdığı üçün qalib əlavə vaxtda müəyyənləşib. Burada daha 2 qol vuran "Dinamo" yekunda 3:2 hesabı ilə qalib gələrək növbəti mərhələyə yüksəlib.

"Aleksandriya" - "Dinamo" -  2:3
Qollar:
 Artem Kravets, 36 (0:1), Sergey Starenkiy, 77 (1:1), Artem Biesiedin, 107 (1:2), Artem Kravets, 116 (1:3), Vasili Qritşuk, 120-pen (2:3)

Matça ehtiyat oyunçular skamyasında başlayan P.Paşayevə şans verilməyib