|
Budaq Nəsirov 90 dəqiqə oynadı

Portuqaliya Sequndasında 12-ci turun oyunları keçirilir. 

Qol.az-ın xəbərinə görə,  21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Budaq Nəsirovun çıxış etdiyi “Sportinq”in B komandası səfərdə “Nasionla”la qarşılaşıb.

Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb. Budaq 90 dəqiqə meydanda olub. 

Qeyd edək ki, 14 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb