|
SOCAR-ın avtobusu jurnalisti vurub öldürdü

Şirvan şəhərində piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Cia.az APA-ya istinadən xəbər verir ki, Şirvan şəhəri Heydər Əliyev prospektində, SOCAR-a məxsus, 90 JS 409 dövlət nömrə nişanlı avtobus yolu keçən Şirvan sakini, 1956-cı il təvəllüdlü Məmmədli Səxavət Musa oğlunu vurub.

 

Xəstəxanaya çatdırılan S. Məmmədli orada dünyasını dəyişib. 

 

S. Məmmədlinin tanınmış jurnalist olduğu, Şirvanda bölgə müxbiri kimi fəaliyyət göstərdiyi bildirilir.