|
Azərbaycanda gömrük rüsumlarının üçpilləli tarif sisteminə keçid nəzərdə tutulur

Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) Nazirlər Kabinetinə ölkəyə idxal edilən xammal və məhsullara tətbiq olunan rüsum faiz dərəcələrinin dəyişməsini nəzərdə tutan üçpilləli tarif sisteminə keçidlə bağlı təklif irəli sürüb.

Trend-in məlumatına görə, bunu jurnalistlərə DGK-nin sədri Aydın Əliyev deyib.

Onun sözlərinə görə, bu dəyişikliklərin qüvvəyə minməsi hökumətin qərarından asılıdır: “Artıq bir sıra nazirliklər bu təklifə müsbət reaksiya göstərib”.

Qeyd edək ki, çoxpilləli sistemdən üçpilləli diferensial tarif sisteminə keçid ölkədə 0, 5 və 15 faiz dərəcələrinin qüvvədə qalmasını nəzərdə tutur.