|
Gənc Tamaşaçılar Teatrından yeni  il hədiyyəsi - “Qar kraliçası”

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcı kollektivi yeni səhnə əsərinin hazırlıqlarına başlayıb.

Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, H.X.Andersenin “Qar kraliçası” əsəri əsasında hazırlanan eyniadlı tamaşanın rejissoru Elşad Rəhimzadə, rəssamı Elşən Sərxanoğlu, musiqi tərtibçisi İradə Muradovadır.

Tamaşada aktyorlar Anar Seyfullayev, Vahid Orucoğlu, Elşən Şıxəliyev, Mehriban Hüseynova, Zemfira Əbdülsəmədova, Könül Əbilova, Ceyhun Məmmədov, Qəmər Məmmədova və digərləri rol alıb.

Səhnə əsərinin dekabrda təhvil veriləcəyi nəzərdə tutulur

Cia.az