|
Bakıda bir nəfərin dənizdə batıb

Bakının Xəzər rayonunda 1 nəfərin dənizdə batdığı ehtimal olunur.

 

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq axtarışlar aparıblar.

 

Axtarışlar nəticə verməyib.

 

Əlavə məlumat veriləcək.