|
İlham Əliyevin köməkçisi: “Corc Soros adət edib ki, həmişə onunla razılaşsınlar, amma...”

Azərbaycan Prezidentinin Xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov “Açıq cəmiyyət” fondunun yaradıcısı, amerikalı milyarder Corc Sorosla bağlı yaranan vəziyyətə münasibət bildirib.

N.Məmmədov "Twitter" səhifəsində yazıb: "Corc Soros, beynəlxalq siyasətin və beynəlxalq münasibətlərin məkrli aktoru adət edib ki, həmişə onunla razılaşsınlar. Amma, görünür, vəziyyət dəyişməyə başlayır. Özü də Avropadan...".

Xatırladaq ki, Corc Sorosun gəlirinin 75 faizini özünün siyasi və sosial proqramlarına xərcləyəcəyi xəbəri dünyada gərginlik yaradıb. Demokratik yolla seçilmiş bir sıra liderlər onun pulu nəticəsində satın alınan siyasətçilərə qarşı mübarizənin çətin olacağından narahatlıq ifadə ediblər.

Seçkilərdə qalib gəlmiş Avstriyanın Xalq Partiyasının gənc lideri Sebastian Kurts isə Corc Sorosa Açıq Cəmiyyət Fondunun fəaliyyətini Avstriya ərazisində 28 gün ərzində dayandırmaq barədə xəbərdarlıq edib.