|
Eldar Quliyev beynəlxalq toplantıda çıxış edəcək

Oktyabrın 25-26-da Rusiyanın Rostov şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin Mədəniyyət, təhsil və sosial məsələlər, həmçinin Hüquqi və siyasi məsələlər komitələrinin iclasları keçiriləcək

Bu barədə cia.az-a Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında nümayəndə heyətinin rəhbəri Eldar Quliyev məlumat verib.

O bildirib ki, tədbirlərdə Qara Dəniz İqtisadi Əməkdaşlığına üzv ölkələrdə gənc ailələrin sosial müdafiəsi və onlar üçün güzəştlər, QDİƏTPM-in 25 illiyi: regionda parlamentlərarası əməkdaşlığın möhkəmləndirilməsi, təşkilatın 25 illiyi ilə əlaqədar bəyannamənin hazırlanması, qurumun gələcək fəaliyyəti və digər  mövzularda fikir mübadiləsi aparılacaq.

 

Eldar Quliyev müzakirə ediləcək məsələlərlə bağlı çıxış edəcək, fikirlərini bildirəcək.