"Barselona"nın futbolçusu Arda Turan yenidən zədələnib.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, onun Türkiyə millisinin düşərgəsində zədələndiyi sol ayağından problem yaşadığı bildirilib. 30 yaşlı yarımmüdafiəçinin bərpa müddəti müalicəyə əsasən müəyyənləşəcək.
Qeyd edək ki, A.Turanın zədəsi yeni sağalmışdı
