|
Güləş Federasiyasının birinci vitse-prezidenti dəyişdi

Azərbaycan Güləş Federasiyasının (AGF)rəhbərliyində kadr dəyişikliyi aparılıb.

Qol.az-ın AGF-nin saytına istinadə yaydığı xəbərə görə, qurumun prezidenti Fazil Məmmədovun müvafiq əmri ilə Federasiyanın I vitse-prezidenti Namiq Əliyev tutduğu vəzifədən azad edilib.

Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti vəzifəsinin icrası müvəqqəti olaraq Ələkbərov Sahib Nurəddin oğluna həvalə edilib