|
Jerar Depardye Belçikadakı mülkünü satır

Fransalı aktyor Jerar Depardye Belçikadakı villasını satır.

Trend-in məlumatına görə, mülkün qiyməti açıqlanmasa da, mütəxəssislər onun 1,2 milyon avro dəyəri olduğunu hesab edir.

Qeyd edək ki, J.Depardye 2012-ci ildə Fransanın vergi siyasətinə etiraz olaraq Belçikanın Fransa ilə sərhədi yaxınlığında “Ağ səma” villasını əldə etmişdi.

Daha sonra isə o, Fransanı tərk edərək Rusiya vətəndaşlığı almışdı