|
Hindistan Aya "çıxır"

Hindistanın kosmik tədqiqatlar təşkilatı Aya kosmik aparat yollamağı planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə Vikram Sarabxai adına Kosmik Mərkəz xəbər yayıb.

“Çandrayan-2” aparatının 2018-ci ilin martında buraxılması nəzərdə tutulur.

Bundan başqa, dekabr ayından başlayaraq Hindistanda bir neçə raketin fəzaya buraxılacağı məlumat verilib