|
Filmlərdəki sevgi sözləri

14 fevral bütün dünyada sevgililər günü kimi qeyd olunur. 

Sevgi haqda sonsuz saytda kitablar yazılıb, filmlər çəkilib, mahnılar bəstələnib.
 
Axşam.az məşhur filmlərdən sevgi və münasibətlər haqda 10 sitatı təqdim edir.

1. “Həyat aldığımız nəfəslərlə deyil, nəfəsimizi kəsən anlarla ölçülür”. (“Hitch”)

2. “Birlikdə olmağa layiq olmayan milyonlarla insan yan-yanaykən, mən niyə səndən ayrı nəfəs alıram”. (“City of Angels”)

3. Axmaq kimi görünməyə razı deyilsənsə, deməli aşiq olmağa da hazır deyilsən. (“A Lot Like Love”)

4. “Sevgiyə tamamilə təslim olanadək onun nə olduğunu bilməyəcəksən”. (“Fools Rush In”)

5.
 “Mən sənin həyatının bir hissəsində yer aldım, amma sən mənim həyatımın hamısı idin”.(“P.S. I Love You”)

6. Bir insan kimləsə qocalmalıdır, kimə görəsə yox. (“Lethal Weapon 3”)

7. “Bir-birimiz üçün yanlış adamlar olduğumuzu demə. Biz başqa heç kimsə üçün doğru adamlar deyilik”. (“The Cutting Edge”)

8. “Birlikdə deyiliksə, həyatın hansı dəyəri ola bilər ki?” (“Becoming Jane”)

9. “Niyə görəsə sevginin başladığı anı bilmirik, amma bitdiyi anı mütləq bilirik”. (“L.A. Story”)

10. “Deyirlər, insan sevdiyini öldürər. Əslində isə insanı həmişə öldürən sevdiyidir. (“Fight club”)