İlin ən çox gözlənilən erotik dramı "Bozun 50 çaları" Azərbaycanda nümayişə girib.
Axşam.az-ın məlumatına görə, Bakı kinoteatrlarında bu gündən etibarən yayımlanan filmə maraq böyükdür. Belə ki, filmin növbəti günlərdəki bəzi seansları artıq dolmaq üzrədir.
Rejissor Sem Teylor-Consonun E.L.Ceymsin eyniadlı roman-bestselleri əsasında çəkdiyi 100 dəqiqəlik filmin 20 dəqiqəsi erotikadır.
Filmdə Anasteyşa rolunu ifa edən, Hollivud ulduzları Melani Qriffit və Don Consonun qızı-Dakota Conson bu ekran əsərini möcüzəvi məhəbbət nağılı adlandırıb.
Baş qəhrəman Anasteyşa Stil Anasteyşa xəstələnən rəfiqəsinin xahişi ilə cazibədar milyarder Kristian Qreydən müsahibə almağa gedir. Çox da uğurlu alınmayan müsahibədən sonra Anasteyşa cavan milyarderlə bir daha görüşəcəklərini ağlına belə gətirmir. Gözlənilmədən Qrey gənc qızın işlədiyi mağazada peyda olur və bu gəliş onların tanışlıqlarını davam etdirir. Müddət keçdikcə Anasteyşa varlı Qreyin gizli seksual hissləri haqda öyrənir...
Filmdəki obrazları aktyorlar Ceymi Dornan, Dakota Conson, Lyuk Qrayms, Viktor Rasuk, Eloiza Mamford, Marşa Qey Harden, Rita Ora, Maks Martini, Kallum Kit Renni, Cennifer İli və başqaları canlandırıb.
