Çexiya çempionatında 11-ci turun oyunları keçirilib.
Millimizin qapıçısı Kamran Ağayevin şərəfini qoruduğu "Mlada Boleslav" səfərdə "Zlin"lə qarşılaşıb. Matç qonaq komandanın 5:1 hesablı qələbəsi ilə başa çatıb.
"Zlin" - "Mlada Boleslav" - 1:5
Qollar: Ekpai, 3 (1:0), Prikkul, 25 (1:1), Kalus, 28 (1:2), Mebrahtu, 32 (1:3), 75 (1:4), 90 (1:5)
Oyuna start heyətində başlayan K. Ağayev 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, 11 turdan sonra “Mlada Boleslav” 11 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.
Cia.az
