|
Şəmkirdə qətl – Yeniyetmə adam öldürdü

Oktyabrın 20-də Şəmkir rayonunun Zəyəm qəsəbəsində naməlum şəxs qəsəbə sakini Tural Məmmədova bıçaqla xəsarət yetirərək hadisə yerini tərk edib.

Daxili İşlər Nazirliyindən Cia.az-a verilən məlumata görə, T.Məmmədov xəstəxanaya aparılarkən yolda ölüb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətməkdə şübhəli bilinən həmyerlisi olan bir yeniyetmə tutulub.