2020-ci ilə qədər qlobal neft tələbatı sutkada 100 milyon barrelə çatacaq.
Axar.az xəbər verir ki, bu barədə Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo deyib.
M.Barkindo qeyd edib ki, qlobal iqtisadiyyatın güclənməsi neftin qiymətinin də bahalaşmasına səbəb olacaq. 2020-ci ilə qədər dünyada neftə olan tələbat gündəlik 100 milyon barrelə çatacaq.
Neft sənayesindəki investisiyaların çox vacib olduğunu vurğulayan OPEC-in baş katibi Rusiya kimi qeyri-OPEC ölkələr ilə əlaqələrin inkişafının əhəmiyyətini bildirib. O, yaxın gələcəkdə dünyada xam neftə olan tələbatın artacağını qeyd edib.
OPEC-in hesablamalarına görə, 2017-ci ildə qlobal neft tələbatı gündəlik orta hesabla 96,8 milyon barrel olacaq
