|
İsveçrədə tramvay yük maşını ilə toqquşub: 37 yaralı

İsveçrənin Muttents şəhərində tramvay yük maşını ilə toqquşub.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, toqquşma nəticəsində 37 nəfər xəsarət alıb, onlardan 16-sı xəstəxanaya yerləşdirilib.

Məlumata əsasən, qəzanın səbəbi araşdırılır.