|
Bakıda qanlı cinayət:

Bakıda qətl törədilib. Xəzər rayonu Türkan qəsəbəsində Şəki rayon sakini, 1981-ci il təvəllüdlü İsgəndərov Rəşad Aslan oğlu əmisi oğlu, 1988-ci ildə anadan olmuş İsgəndərov Pərviz Məzahir oğlunu bıçaqlayaraq öldürüb.

Hadisənin münaqişə zəminində baş verdiyi bildirilir.

Əmisi oğlunu öldürən R.İsgəndərov tutulub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.