|
Hindistanda fabrikdə partlayış baş verib:

Hindistanın Orissa ştatında, fişəng istehsal edən fabrikdə partlayış və ardınca yanğın baş verib.

Trend-in "ABC News"a istinadən verdiyi məlumata görə, partlayış və yanğın nəticəsində 8 nəfər həlak olub, azı 20 nəfər isə yaralanıb.

Yerli polisin məlumatına əsasən, ölənlərin və yaralananların sayı arta bilər.

Partlayışın sabəbi araşdırılır.