|
Bir gündə 7 libas dəyişdi, rekorda imza atdı
Hollivudun stil ikonu adlandırılan aktrisa Bleyk Layvli bir gündə 7 libas dəyişib. 
“All I see is you” (“Gördüyüm hər şey sənsən”) filmini premyerasına qatılan ulduz daha sonra ayrı-ayrı kanallara müsahibə verməyə yollanıb. 

Bleyk hər görüşü üçün isə fərqli libas seçimi edib. 30 yaşlı Layvli bir gündə 7 libas dəyişməklə aktrisalar arasında rekorda imza atıb.