|
Avropa Komissiyasının nümayəndələri Azərbaycana gələcəklər

Oktyabrın sonunda Avropa Komissiyasının nümayəndələri Azərbaycana səfər edəcəklər.

Trend-in məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Nazir qeyd edib ki, səfərdə məqsəd Azərbaycanla Avropa İttifaqı arasında strateji tərəfdaşlıq üzrə yeni sazişlə bağlı müzakirələrin aparılmasıdır.