|
Dördlük yenə görüşə bilər

“Normandiya dördlüyü”nün gələn həftə yenidən müzakirələr edəcəyi bildirilir. 

ANS PRESS-in məlumatına görə, Fransa prezidenti Fransua Olland Ukraynada döyüşlərin dayandırılması barədə razılığın icrası barədə “Normandiya dördlüyü”nə daxil olan Ukrayna, Rusiya, Almaniya rəhbərləri ilə birlikdə gələn həftə telefonla bir daha müzakirə keçirə biləcəklərini söyləyib.

"Biz Minsk müqavilələrin icrasına nəzarət etmək üçün bir sıra fikir nəzərdə tumuşuq. Əgər bazar gününə qədər ətəşkəs qüvvəyə minərsə, yeni görüş məsələsi gündəmə gələ bilər. Həmçinin razılıqlara əməl olunub-olunmayacağına nəzarət edəcəyik” – deyə Olland bildirib.

O, daha sonra atəşkəsə əməl olunmayacağı təqdirdə Rusiyaya qarşı yeni sanksiyalar paketinin tətbiq edilməsinin qaçılmaz olduğunu vurğulayıb.