Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Kubaya səfəri zamanı paytaxt Havanada məscid tikilməsini təklif edib. Ərdoğan prezident Raul Kastro ilə görüşü zamanı belə bir təklif səsləndirib. Ölkəsi, əsasən, katolik xristianlarından ibarət olan Kastro Ərdoğanın bu təklifinə heç də pis münasibət bəsləməyib.
Məlumata görə, Kuba hökuməti bir müddət əvvəl Səudiyyə Ərəbistanından da belə bir təklif alıb. Lakin Ərdoğan Səudiyyə Ərəbistanı memarlıq üslubunun fərqli olduğunu və razılaşma olarsa, məscidin türk arxitekturasına uyğun layihələşdiriləcəyini deyib.
Rəsmi görüşlər zamanı tərəflər, eyni zamanda, qarşılıqlı iqtisadi ələqələrə dair müzakirələr aparıblar. Ərdoğan bildirib ki, hazırda Kuba ilə Türkiyə arasında ticarət dövriyyəsinin 28 cəmi milyon dollar təşkil etməsinə səbəb Amerika hökumətinin Kubanı iqtisadi blokadaya salmasıdır.
Ərdoğan Türkiyə Hava Yollarının İstanbul ilə Havana arasında daimi aviareyslər açmağa hazır olduğunu da əlavə edib.
